“Zirə” Azərbaycan çempionu oldu 

23:04 03.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.

Hafta.az xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan həlledici görüşdə "Zirə" "Birbaşa Bakı" ilə üz-üzə gəlib. 4:1 hesabı ilə qalib gələn “Zirə” ölkə çempionu olub.

Bürünc medal uğrunda oyunda isə “Aznur” “Sumqayıt”la üz-üzə gəlib. 6:4 hesablı qələbə qazanan “Aznur” üçüncü yerin sahibi olub.